Peskov Putin və Ərdoğan arasında görüşdən danışdı

Peskov Putin və Ərdoğan arasında görüşdən danışdı

Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin görüşünün konstruktiv keçdiyini, iki ölkə üçün vaxtında, lazımlı və faydalı təmaslar olduğunu bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Peskov iki ölkə liderlərinin Soçi görüşündə Suriya böhranını detallı müzakirə etdiklərini söyləyib: “Regional münaqişələr də liderlərin gündəliyində idi. Suriya ilə bağlı detallı fikir mübadiləsi aparıldı. Əfqanıstan və Liviya barədə də danışıldı. Prezidentlər İdlibdən terrorçuluq ünsürlərinin çıxarılması daxil olmaqla Suriya ilə bağlı əvvəlki razılaşmalara sadiq olduqlarını ifadə etdilər". 

Kremlin nümayəndəsi deyib: “Rusiya tərəfindən qeyd olunub ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı üzrə güzəştli həll yolunu axtarmalıdırlar”.

Türkiyə və  Rusiya prezidentləri kosmik sahədə əməkdaşlığı, o cümlədən türkiyəli kosmonavtın uçuşa hazırlanması, Rusiyanın “Triumf” komplekslərinin Türkiyəyə tədarükü məsələlərini də müzakirə ediblər.

Kremlin sözçüsü Ərdoğan və Putinin iki ölkə arasında hərbi-texniki əməkdaşlığı, o cümlədən S-400 zenit raket komplekslərinin göndərilməsini və S-400-lərin bir sıra hissələrinin Türkiyə ərazisində istehsalı imkanlarını da müzakirə etdiyini deyib: “Prezidentlər aviasiya sahəsində də əməkdaşlığın mümkünlüyünü müzakirə ediblər. Bilirsiniz ki, ABŞ Türkiyəni F-35 proqramından çıxarıb”.

Peskov liderlərin ölkələrindəki peyvəndlənmə prosesinə toxunduqlarını və sanitar-epidemioloji vəziyyət imkan verəcəyi təqdirdə ilin sonuna kimi yeni görüş barədə razılığa gəldiyini də açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR