Peskov: Putin İsrail və Fələstinə səfər edəcək

Peskov: Putin İsrail və Fələstinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin İsrail və Fələstinə səfər edəcək.

Rasthaber APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

”Növbəti iki gündə Prezident Lipetsk bölgəsinə, həmçinin İsrail və Fələstinə səfər edəcək”, - deyə D. Peskov qeyd edib.

Daha əvvəl Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Rusiya Prezidentinin Fələstinə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırır.

V. Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci Dünya Holokost Forumuna qatılacaq.

Xəbəri paylaş

VİDEOLAR