Peskov: ABŞ kəşfiyyat orqanları Putini izləyə bilməz

Peskov: ABŞ kəşfiyyat orqanları Putini izləyə bilməz

Xəbər verdiyimiz kimi, ABŞ-ın “PlanetRisk” şirkəti Rusiya prezidenti Vladimir Putinin telefon danışıqlarını izləməyə çalışdığını açıqlayıb.

Az.rasthaber.com "Unikal"a istinadən xəbər verir ki, bundan sonra Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Kreml Rusiya Prezidenti Vladimir Putini izləmək cəhdləri barədə məlumat verən şirkət ilə tanış deyil.

"Bizim orada adı çəkilən şirkətlər haqqında məlumatımız yoxdur" deyən Peskov vurğulayıb ki, istənilən smartfon əməliyyat sistemi monitorinq və müşahidə üçün şəffafdır, ona görə də onlardan istifadə edənlərin hamısı bunu aydın başa düşməlidir:

"Rusiya xüsusi xidmət orqanları dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Buna görə də hər hansı kəşfiyyat orqanları Putini izləyə bilməz".

Bildirək ki, Qərb mediası tərəfindən yayılan məlumat "PlanetRisk" şirkətinin (ABŞ) Rusiya prezidentinin səyahət marşrutlarını izləməyə çalışdığını göstərirdi. Bu məqsədlə qadcetlərdən kommersiya məlumatlarından istifadə etməklə mobil telefonları izləyə bilən “Lokomotiv” texnologiyası hazırlanıb.

Məlumata görə, şirkət əməkdaşları Putinin işçilərini, onun mühafizəsini və müşavirlərini, sürücülərini və işçilərini izləyə biliblər.

Xəbəri paylaş

VİDEOLAR