Peşakar basketbolçunun vertolyot qəzası illər öncə cizgi filmində - VİDEO

Peşakar basketbolçunun vertolyot qəzası illər öncə cizgi filmində - VİDEO

Məlum olduğu kimi dünən gecə əfsanəvi basketbolçu Kobi Brayant Kaliforniyada baş verən helikopter qəzasında həyatını itirib.

Rasthaber Azərbaycan Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ölməsi ilə bağlı növbəti ağlasığmaz fakt ortaya çıxıb.

Belə ki, bütün dünyada məşhur olan "Legends of Chamberlain Heights" (Çemberleyn yüksəkliklərinin əfsanələri) cizgi filmində Kobinin vertolyot qəzasında ölümü əks olunub. Filmin hadisəni özündə əks etdirən seriyası 2017-ci il dekabrın 28-də yayımlanıb.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçu peşəkar karyerası ərzində 5 dəfə NBA çempionu olub. 18 dəfə NBA-da "All star" heyətinə daxil edilib.

Ötən gün baş verən qəzada Kobi Brayantla bir yerdə onun 13 yaşlı qızı Cianna da həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR