Pentaqon: İraqda önləyici addımlar atacağıq

Pentaqon: İraqda önləyici addımlar atacağıq

ABŞ müdafiə naziri ABŞ-ın İraqdakı səfirliyi önündə keçirilən etirazları “İrandan dəstəklənən” adlandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ müdafiə naziri Mark Esper, ABŞ-ın İraqdakı səfirliyi önündə keçirilən etirazları “İrandan dəstəklənən” deyə adlandıraraq bu qruplara qarşı önləyici addımlar atacaqlarını bildirib.

“Sərt davranışlar aylardır orada sürməkdədir. Bir şey edə bildilərmi? Bəli. Ehtimalən peşman olacaqlar. Özümüzü müdafiə etməyə hazırıq və pis davranışların yönünü dəyişə biləcəyik. Bunların hamısı İrana bağlı, İran tərəfindən maliyyələşən və idarə olunan qruplardır.”, -deyə Esper bildirib.

ABŞ-ın İraqdakı personalını qorumaq üçün “müdaxilə edəcəyini” və ya “təhlükəsizlik tədbirli önləyici addımlar” atacağını qeyd edən ABŞ müdafiə naziri “ABŞ prezidenti Tramp mənfəətlərimizi, personalımızı, bölgədəki dostlarımızı qorumağa və əlbəttə İrana qarşı durmağa, İranın pis davranışlarını təsirsiz etməkdə qərarlıdır. Bu maraqlarımızı qoruduğumuzdan əmin olmaq üçün lazım olan formada cavab verəcəyik və ya önləyici addımlar atacağıq.”, -deyə əlavə edib.

 ABŞ XİN rəhbəri Mike Pompeo isə etirazlarda yaralanan ABŞ personalı olmadığı və personalı oradan çıxarmağı planlaşdırmadığını bildirib. Dünən Pentaqon “diplomatların təhlükəsizliyini təmin etmək” bəhanəsilə İraqa 750 hərbçi göndərib.

Xəbəri paylaş

VİDEOLAR