Sionist rejimin “Pegasus” casus proqramı istehsal edən şirkəti, yığılıb qalmış borclar və bir çox ölkənin ona qarşı şikayətinə görə, dağılmaq ərəfəsindədir.
Az.rasthaber.com xəbər verir ki, NSO şirkətinin məhsulu olan “Pegasus” casus proqramı dünyanın təhlükəsizlik orqanlarına bütün smartfonların parollarını keçib, onların informasiyalarını əldə etmək imkanı verir.
Müxtəlif ölkələrin məhdudiyyətlərindən əlavə, 500 milyon dollardan yuxarı borcla üzləşən NSO sionist şirkəti dağılmasının qarşısını almaq üçün yenidənqurma ardıncadır və bu istiqamətdə onun baş direktoru Şalio Culio vəzifəsindən kənarlaşdırılıb.
17-dən çox media təşkilatının əhatəli təhqiqatına əsasən, NSO şirkətinin məhsulu olan “Pegasus” casus proqramından bütün dünyada yüzlərlə jurnalist, siyasi və ictimai fəal, həmçinin siyasi xadimin mobil telefonundan casusluq üçün istifadə olunub.