Paytaxtın girişlərində uzun tıxaclar

Paytaxtın girişlərində uzun tıxaclar

İyunun 16-da səhər saatlarından üç əsas magistraldan - şimal, cənub və qərb tərəfdən Bakının girişlərində kilometrlərlə uzanan tıxaclar əmələ gəlib.

İyunun 16-da səhər saatlarından üç əsas magistraldan - şimal, cənub və qərb tərəfdən Bakının girişlərində kilometrlərlə uzanan tıxaclar əmələ gəlib. Buna 14-16 iyun karantin günlərində bölgələrə gedən paytaxt sakinlərinin çox sayda nəqliyyat vasitəsi səbəb olub.

Polis şəhərə gələn nəqliyyat vasitələrinin buraxılmasının öhdəsindən gələ bilmir, eyni zamanda, yol infrastrukturu eyni anda minlərlə avtomobili buraxmaq iqtidarında deyil.

Polisin məlumatına görə, karantin günlərində 260 min nəfər paytaxtı tərk edib.

Ən böyük tıxac Bakı-Ələt yolunda əmələ gəlib - 4 km, Bakı-Şamaxı və Bakı-Quba yollarında 1,5 kilometrlik tıxaclar var.

Ayın 16-da günorta saatlarında tıxaclar bir qədər azalıb.

Polis şəhərdən icazəsiz çıxanları cəzalandırmaqla hədələyir.

Turan

Xəbəri paylaş

VİDEOLAR