ABŞ, Böyük Britaniya və onların Qərb peykləri Ukraynadakı hərbi əməliyyatları çəkib Rusiya ərazisinə keçirməyə çalışırlar.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilhaq edilmiş Krımda keçirilən iclasda deyib.
Eyni zamanda anqlosakslar Ukraynanın özündən ölkəmizə qarşı mübarizə aləti kimi istifadə edirlər. Məqsəd Rusiyanı sıxışdırmaq, özlərinin xəyali üstünlüyünü saxlamaq, birqütblü dünyanı qorumaq, başqalarının hesabına yaşamaq imkanını təmin etməkdir", deyə Patruşev vurğulayıb.
Onun sözlərinə görə, Qərb ölkələri “iki dünya müharibəsindən sonra olduğu kimi, münaqişələri qızışdırmaqla” “toplanmış” iqtisadi problemləri, o cümlədən 30 trilyon ABŞ dollarına çatan “böyük dövlət borcu problemlərini bir daha həll edə biləcəklərini” gözləyirlər.
"Onlar üçün qeyri-sabitliyi artırmaq, Avropanı Rusiyaya qarşı hərbi qarşıdurmada sıxışdırmaq vacibdir ki, kapital, istehsal və dəyərli mütəxəssislər okeanın o tayına onlara doğru hərəkət etsinlər", deyə Patruşev əlavə edib.