Paşinyanın qərargah rəisi namizədini prezident Sarkisyan təsdiqləmədi

Paşinyanın qərargah rəisi namizədini prezident Sarkisyan təsdiqləmədi

Sarkisyan təyinatla bağlı sənədi öz iradları ilə birlikdə hökumətə geri qaytarıb.

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşiyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə namizədi ilə bağlı təklifini rədd edib.

Bunu  “Sputnik Armenia” Ermənistan dövlət başçısının mətbuat xidmətinə istinadən yayıb.

Məlumata görə,  Sarkisyan təyinatla bağlı sənədi öz iradları ilə birlikdə hökumətə geri qaytarıb.

 Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Artak Davtyanın namizədliyini təklif edib.

Xəbəri paylaş

VİDEOLAR