Paşinyandan geri addım: Ağrılı güzəştlərə də hazırıq…

Paşinyandan geri addım: Ağrılı güzəştlərə də hazırıq…

Paşinyan deyib ki, Ermənistan “qarşılıqlı güzəştə” hazırdır.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan geri addım atmağa başlayıb.

Azərbaycanın öz haqlı işində kompromisə getməyəcəyini etiraf edən Paşinyan deyib ki, Ermənistan “qarşılıqlı güzəştə” hazırdır.

“Hətta bizim üçün ağrılı olan güzəştlərə də hazırıq”, – deyə o bildirib.

Həmişəki kimi öz pafoslu sözlərindən əl çəkməyən Paşinyan  “erməni xalqının heç vaxt təslim olmayacağını” əlavə edərək Azərbaycan torpaqlarına dair iddialarından əl çəkməyəcəyini ifadə edib. Lakin necə deyərlər, yaşayarıq, görərik.

Xəbəri paylaş

VİDEOLAR