Paşinyan: Yüzlərlə erməni əsgəri itkin düşüb

Paşinyan: Yüzlərlə erməni əsgəri itkin düşüb

Ermənistan rejiminin Baş naziri itkin hərbçilər barədə danışıb.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan reijminin Baş naziri Nikol Paşinyan Qarabağdakı son müharibə zamanı yüzlərlə erməni hərbi qulluqçusunun itkin düşdüyünü bildirib.

“Ümid edirik ki, onların bir hissəsi sağdır”, - deyə o, qeyd edib.

Paşinyan əlavə edib ki, əsirlərin mübadiləsi ölənlərin meyitlərinin dəyişdirilməsindən sonra başlayacaq.

O, meyit mübadiləsi bitəndən sonra ölkədə matəm günü elan ediləcəyini deyib.

Xəbəri paylaş

VİDEOLAR