Ermənistanın baş naziri Nikol Paşinyan mart ayında Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
“Qarabağın bu yaxınlarda işğaldan azad edilməsi, sonadək dəstəklədiyimiz bu proses müharibə kimi qəbul edilsə də, əslində sülhün açarıdır. Məhz bundan sonra xüsusi nümayəndələr təyin olundu, qarşılıqlı müsbət mesajlar verildi. Biz bu prosesin sürətlənməsini istəyirik”,- deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, 2 fevraldan Türkiyə və Ermənistan arasında müntəzəm uçuşlar bərpa olunub.