Paşinyan orduya qadınları cəlb edəcəyini açıqlayıb

Paşinyan orduya qadınları cəlb edəcəyini açıqlayıb

"Qadınlar daha geniş miqyasda silahlı qüvvələrə döyüş bölmələrində xidmətə cəlb olunmalıdırlar"

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də parlamentdə təqdim etdiyi beşillik proqramı təqdim edərkən deyib.

O, bunun proqram üzrə nəzərdə tutulan ordu islahatları ilə bağlı olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, bunu Ermənistanın demoqrafik vəziyyəti tələb edir, çünki, statistikaya əsasən, qadınlar ölkə əhalisinin böyük hissəsini təşkil edir.

"Bu, o demək deyil ki, orduda kişi olduğu qədər də qadın olmalıdır. Sözüm mövcud potensialın mümkün qədər səmərəli istifadə edilməsindəndir və bu potensial hələ aşkar edilməlidir", - Ermənistan Baş naziri deyib.

Xəbəri paylaş

VİDEOLAR