Paşinyan müxalifətlə razılığa gəlmək istəyir, referendum da keçiriləcək

Paşinyan müxalifətlə razılığa gəlmək istəyir, referendum da keçiriləcək

Ermənistan Baş naziri mitinq zamanı həmçinin bildirib ki, konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Yerevanın Respublika Meydanında keçirilən mitinqdə parlament qüvvələri "razılıq verərsə, növbədənkənar seçkilərə hazır olduqlarını" açıqlayıb, ARMENPRESS yazır.

Sayt həmçinin yazır ki, Baş nazir çıxışı zamanı müxalifətin xalqın Paşinyanın istefasını tələb etdiyini küçələrdə göstərmək üçün "əlindən gələni etdiyini" deyib. ''Bunu edə bilmədilər və mən onlara bir daha şans verirəm, onlara meydan oxuyuram, gəlin başqa bir seçki keçirək və xalqın kimin istefasını tələb edəcəyini görək," - Nikol Paşinyan deyib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Ermənistan Baş naziri mitinq zamanı həmçinin bildirib ki, konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcək.

O, fikrini ölkə konstitusiyanın "çoxsaylı böhran riski yaratması" ilə əsaslandırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2015-ci ildə qəbul edilmiş və 2018-ci ildə tam qüvvəyə minmiş Konstitusiyanın bu dövrdə bir çox çatışmazlıq olduğunu göstərdiyini qeyd edir.

"Düşünürəm ki, bu ilin oktyabrında ümumxalq referendumu ilə yeni bir Konstitusiya və ya Konstitusiya düzəlişləri qəbul etmək üçün səy göstərməli olduğumuzu qeyd etmə vaxtı gəldi və yarı prezident sisteminə keçid mümkün variantlardan biri olmalıdır. Bu proseduru Milli Məclis, Hökümət, Prezident, siyasi qüvvələr və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda həyata keçirməliyik," Paşinyan deyib.

Xəbəri paylaş

VİDEOLAR