Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə N.Paşinyan öz "Facebook" səhifəsində bildirib.
O bildirib ki, ötən gün verdiyi koronavirus testi müsbət nəticə verib:
"Mən də heç bir simptom olmasa da, hərbi hissələrə səfər edəcəyim üçün testdən keçməyi qərar verdim və testin nəticələri müsbət çıxıb".
N.Paşinyanın ailə üzvlərinin də virusa yoluxduğu məlum olub.