Paşinyan: İstefa verməyə hazıram

Paşinyan: İstefa verməyə hazıram

Ermənistan baş naziri istefa verməyə hazırdır.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyanın özü bəyan edib.

“Əgər mən bilsəm ki, bütün problemlər mənim istefamla həll olacaqsa, mən bunu növbəti saniyədəcə edərəm”, – deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, hakimiyyətdə qalmaqda maraqlı deyil, “lakin mənim bütün təhlilim göstərir ki, əgər mən bunu etsəm, tam əksi baş verəcək“.

Xatırladaq ki, Qarabağdakı qanunsuz separatçı rejimi Azərbaycan ordusunun 24-saatlıq anti-terror tədbirləri nəticəsində məhv olmasından sonra Yerevanda Paşinyanın istefası tələbi ilə kütləvi mitinqlər başlayıb. Müxalifət Paşinyanı “satqınlıqda” və Qarabağı Azərbaycana “təslim etməkdə” ittiham edir.

Xəbəri paylaş

VİDEOLAR