Paşinyan istefa tələbini yenə prezidentə göndərdi

Paşinyan istefa tələbini yenə prezidentə göndərdi

Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı yenidən prezident Armen Sarkisyana göndərib.

Rasthaber  Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib - Sputnik Ermənistan yazır.

Bu gün Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb. 

Onun bu qərarını Yerevanda, parlament önündə mitinq edən Paşinyan əleyhdarları alqışlarla qarşılayıblar. 

Xəbəri paylaş

VİDEOLAR