İşğalçı Ermənistan rejimi Daxili İşlər Nazirliyinin istefadakı podpolkovniki Marina Arumyan məlumat verib.
Rasthaber TASS-a istinadən xəbər verir ki, 500-dən çox qadın Azərbaycanın işğal atındakı torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejimində qulluq etmək üçün könüllü yazılıb.
Bu barədə işğalçı Ermənistan rejimi Daxili İşlər Nazirliyinin istefadakı podpolkovniki Marina Arumyan məlumat verib.
“Təxminən 500 qadın yazılıb, cəmi isə təxminən 700 nəfər ərizə verib”, – deyə o bildirib.
Arumyan qeyd edib ki, yaşca və ya ixtisasca uyğun olmayanlar rədd cavabı alıblar.
Onun sözlərinə görə, könüllü qadınları, çox güman ki, arxa cəbhəyə göndərəcəklər, çünki “ön cəbhədə hələ qadınlara ehtiyac yoxdur”.
Xatırladaq ki, Paşinyan ötən gün səfərbərlik çağırışı edib.