Parlament Paşinyanı seçmədi

Parlament Paşinyanı seçmədi

Səsvermə zamanı hakim fraksiyadan olan 75 deputat səs verməyib

Rasthaber Azərbaycan xəbər verir ki, Ermənistan rejiminin parlamenti bu gün keçirilən xüsusi iclas zamanı hökumət başçısı vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir seçməyərək özünün buraxılış prosedurunu başladıb.

Xatırladaq ki, hakim “Mənim addımım” fraksiyası parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün Paşinyanı baş nazir postuna namizəd kimi irəli sürüb.

Səsvermə zamanı hakim fraksiyadan olan 75 deputat səs verməyib, 1-i lehinə, 3-ü isə əleyhinə səs verib.

Xəbəri paylaş

VİDEOLAR