Parisdə Qəzzaya dəstək nümayişi keçirilib

Parisdə Qəzzaya dəstək nümayişi keçirilib

Fransanın paytaxtı Parisdə toplaşan Fələstin tərəfdarları Qəzzada atəşkəsə çağırıblar.

Az.rasthaber.com xəbər verir ki, Fələstin tərəfdarları Barbes rayonunda bir araya gələrək Respublika Meydanına getdilər və burada immiqrasiya qanununa qarşı etiraz aksiyasına qatıldılar.

Nümayişçilər “İsrail qatildir, Makron şərikdir”, “Yaşasın Fələstin” və “Makron istəməsə belə, biz Fələstinin şərəfi və şəhid olanların yanındayıq” kimi şüarlar səsləndiriblər.

Etirazçılar əllərində Fələstin bayraqları və "Parisdən Qəzzəyə müqavimət" və "Fələstində soyqırımı dayandırın. Qəzzada atəşkəs təmin olunsun" yazıları olan lövhələr tutublar.

Nümayişdə Qəzzada dərhal atəşkəs, İsrailə qarşı sanksiyalar və hökumətin mübahisəli miqrasiya qanununun ləğvi tələb edilib.

Xəbəri paylaş

VİDEOLAR