Fransanın paytaxtı Parisdə toplaşan çox sayda nümayişçi əllərində pankartlar və Fələstin bayraqları ilə İsrailin Qəzzaya hücumlarına etiraz edərək Fələstinə dəstək mesajı verib.
Az.rasthaber.com xəbər verir ki, Fransanın paytaxtı Parisdə İsrailin Fələstinə hücumlarına etiraz edilib.
Çoxlu sayda nümayişçi bir yerə toplaşaraq sionist İsrailin Qəzzaya hücumlarına etiraz edərək, əllərində pankartlar və Fələstin bayraqları ilə Fələstinə dəstək mesajı veriblər.
Nümayişçilər Qəzzaya dəstək şüarları ilə yanaşı, “İsraili boykot et”, “İsrail terror dövlətidir” kimi şüarlar da səsləndiriblər.
Fransa polisinin məlumatına görə, Parisdə Fələstin bayraqları və bəzilərinin əlində “Fələstinə Azadlıq” yazılmış plakatlar dalğalandıran nümayişçilərin sayı təxminən 19 min nəfər olub.