Paris etirazlarında saxlananların sayı artır

Paris etirazlarında saxlananların sayı artır

Parisdə təqaüd islahatlarına qarşı keçirilən etiraz aksiyalarında tutulanların sayı 19 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə polis prefekturası “Twitter” vasitəsilə paylaşım edib.

Daha əvvəl yeddi nəfərin saxlanıldığı bildirilirdi.

“Saat 18:45-ə olan (Bakı vaxtı ilə 21:45) məlumata əsasən, polis 19 nəfəri saxlayıb”, - deyə məlumatda qeyd olunub.

Təqaüd islahatlarına qarşı aksiya yerli vaxtla təxminən saat 14:00-da Parisdə Millətlər meydanından başlayıb. Əvvəlcə nümayiş sakit keçirilib. Ancaq bir müddət sonra iğtişaşlara səbəb olan bir qrup radikal yürüşə qoşulub. Radikalçılar dükanların şüşələrini sındırıblar, polis əməkdaşlarına daş atıblar, əşyalar yandırıblar.

Qeyd edək ki, Fransa hökuməti təqaüd islahatına qarşı etiraz aksiyalarının 38-ci günü islahatlara dair layihədə yaş həddinin artırılmasını nəzərdə tutan müddəanı geri götürüb. Həmkarlar təşkilatlarından bəziləri hökumət tərəfindən mühüm jest edildiyini bildirsələr də, digərləri islahat layihəsi tam ləğv olunana qədər etirazları davam etdirməyə çağırıblar.

Xəbəri paylaş

VİDEOLAR