Pandemiyaya görə bağlanan məscidlər daha bir ölkədə açılır

Pandemiyaya görə bağlanan məscidlər daha bir ölkədə açılır

Qərar ölkədə koronavirusa yoluxma sayının azalmasından sonra qəbul edilib.

Əlcəzair prezidentinin administrasiyasından bildirilib ki, ölkə ərazisindəki bütün ibadətgahlar tibbi protokollara əməl etmək şərti ilə yenidən açılacaq.

Qərar ölkədə koronavirusa yoluxma sayının azalmasından sonra qəbul edilib.

Lakin hökumət bəyan edib ki, 22:00-dan 05:00-dək olan komendant saatı isə hələ 2 həftə də ölkənin 48 əyalətindən 19-da qüvvədə olacaq.

Həmçinin ölkədə tədbirlərin, ailəvi toplantıların, nümayiş və mitinqlərin keçirilməsi də qadağandır.

Xatırladaq ki, 30 yanvardan Əlcəzairdən Rusiyanın istehsalı “Sputnik V” vaksini isə koronavirus əleyhinə vaksinasiya başlayıb.

Xəbəri paylaş

VİDEOLAR