Pakistanın şimal-qərbində törədilən partlayışda səkkiz nəfər ölüb

Pakistanın şimal-qərbində törədilən partlayışda səkkiz nəfər ölüb

Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətində törədilən partlayışda azı səkkiz nəfər həyatını itirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xeybər-Paxtunxva əyalətinin polisi məlumat yayıb.

Bildirilib ki, əyalətin Vadi-Svat bölgəsində hökumətə tərəfdar və Taliban-a zidd olan bir cəmiyyətin lideri də daxil olmaqla səkkiz nəfər həyatını itirib.

Partlayış yol kənarında quraşdırılan bombanın işə salınması ilə həyata keçirilib. Talibana (Pakistan) zidd olan tanınmış yerli simalardan biri İdris Xan bu partlayışda həyatını itirib.

Partlayışın Pakistanın Taliban hərəkatı tərəfindən həyata keçirildiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR