Pakistanın sabiq prezidenti Müşərrəfə ölüm hökmü

Pakistanın sabiq prezidenti Müşərrəfə ölüm hökmü

Məhkəmə Pakistanın keçmiş prezidenti və ordu rəhbəri Pərviz Müşərrəfi dövlətə xəyanətdə günahkar bilərək ona ölüm hökmü çıxarıb

2007-ci il noyabrın 3-də Konstitusiyanın fəaliyyətini dayandırdığına və fövqəladə hal elan etdiyinə, eləcə də ölkənin Ali Məhkəməsinin hakimlərini həbs etdirdiyinə görə Müşərrəfə ölüm cəzası verilib.

İslamabadda Xüsusi Məhkəmə Pakistanın keçmiş prezidenti və ordu rəhbəri Pərviz Müşərrəfi dövlətə xəyanətdə günahkar bilərək ona ölüm hökmü çıxarıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, məlumatı Pakistan mediası yayıb.

Məlumatlara görə, 2007-ci il noyabrın 3-də Konstitusiyanın fəaliyyətini dayandırdığına və fövqəladə hal elan etdiyinə, eləcə də ölkənin Ali Məhkəməsinin hakimlərini həbs etdirdiyinə görə Pərviz Müşərrəfə ölüm cəzası verilib.

Müşərrəf hazırda Dubayda müalicə olunur.

Pərviz Müşərrəf dövlət başçısı olarkən Azərbaycanla dostluq əlaqələrinin inkişafına böyük önəm verib.

Xəbəri paylaş

VİDEOLAR