Pakistanın keçmiş baş naziri İmran Xana həbs cəzası verilib

Pakistanın keçmiş baş naziri İmran Xana həbs cəzası verilib

Pakistanın keçmiş baş naziri İmran Xan dövlət sirlərini yaydığına görə 10 il həbs cəzasına məhkum edilib.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Hüseyn Qureşi dövlət sirrini yaymaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Pakistan Ədalət Partiyasının lideri və keçmiş baş nazir İmran Xan diqqətçəkən açıqlamalar verib. Haqqında 97 iddia qaldırılan İmran Xan, "Özümü Mandela və Qandi kimi hiss edirəm. Onların məni yenidən həbs etmələri an məsələsidir. Keçən ildən bəri Türkiyənin 15 iyulunu yaşayırıq" deyib.

Xan bildirib ki, bütün bu hadisələr onu siyasətdən uzaqlaşdırmaq üçün təşkil edilən bir teatr oyunudur.

Xəbəri paylaş

VİDEOLAR