Pakistandan növbəti dəfə TikToka "müharibə elanı"

Pakistandan növbəti dəfə TikToka

Pakistanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti "əxlaqsızlığın təbliği"nə görə növbəti dəfə qadağan edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Pakistanın Telekommunikasiya Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, "əxlaqsızlıq təbliğ edən məzmunlar" sosial şəbəkədə yayılır və platforma bu tip məzmunların silinməsi istiqamətində lazımi səviyyədə iş aparmır. Bu səbəbdən də sosial şəbəkəyə ölkədən giriş qadağan edilmişdir.

Xatırladaq ki,  Pakistan keçən ilin oktyabrından bəri "TikTok"un ölkədə fəaliyyətinə dəfələrlə müəyən müddətlik qadağa tədbiq edib.

Xəbəri paylaş

VİDEOLAR