Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü polisə istinadən Sinxua agentliyi məlumat yayıb.
Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib.
Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.