Pakistanda vaksinin 3-cü sınağına başlanıldı

Pakistanda vaksinin 3-cü sınağına başlanıldı

Pakistan Dərmanlara Nəzarət Agentliyi (DNA) koronavirus əleyhinə vaksinin kliniki sınaqlarının 3-cü mərhələsinə icazə verib.

Sözügedən vaksin Çinin “CanSinoBio” və Pekin Biotexnologiyalar İnstitutu ilə birlikdə hazırlanıb.

3-cü mərhələ “CanSinoBio” ilə əməkdaşlıq çərçivəsində Kəraçidəki Beynəlxalq Kimyəvi və Bioloji Elmlər Mərkəzində həyata keçiriləcək.

Hazırda bu vaksinin sınaqları Çin, Çili, Argentina keçirilir, tezliklə isə Səudiyyə Ərəbistanında da keçiriləcək.

Pakistanda 56 sutka davam edəcək sınaqlarda əhalinin müxtəlif etnik qruplarından olan 200 könüllü iştirak edəcək.

Əgər sınaqların nəticələri uğurlu olarsa, Ad5-nCov vaksini münasib qiymətlə Pakistan əhalisi üçün asan əlçatan olacaq”, – deyə DNA rəsmiləri bildiriblər.

Xatırladaq ki, Pakistanda indiyədək virusdan 290 minə yaxın yoluxma, 6190 ölüm qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR