Pakistanda terrorla şəhid edilən şiə qurbanların Vadiə Hüseyn məzarlığı

Pakistanda terrorla şəhid edilən şiə qurbanların Vadiə Hüseyn məzarlığı

Pakistanın ən iri meqapolisi olan Karaçinin bir neçə kilometrliyində Vadiə-Hüseyn məzarlığı yerləşir.

Burada yüzlərlə qəbir var və onların hamısında həyatı erkən bitən şiələr uyuyur.

Rasthaber Azərbaycan islamazeri.com-a istinadla xəbər verir ki, bu məzarlıqda əsasən inanclarına görə terror hücumları ilə qətlə yetirilən şiələr dəfn edilirlər. Belə şəxslərin məzarlarının üzərində qırmızı bayraqlar dalğalanır.

Pakistanda 220 milyon insan yaşayır və onların böyük əksəriyyəti müsəlmanlardı. Əhalinin bir hissəsini isə şiələr təşkil edir.

“South Asia Terrorism Portal” Tədqiqat Təşkilatının yaydığı məlumata görə, yalnız 2001-ci ildən bu günə qədər Pakistanda təqribən 2600 nəfər şiə olduğuna görə öldürülüb. 2020-ci ildə isə təkfirçilərin hücumları xüsusi amansızlığı və intensivliyi ilə seçilib.

Sözügedən məzarlıqda bütöv ailələr də dəfn edilib. Məsələn, 5 yan-yana düzülən qəbir Abbas şəhərində 2013-cü ildə törədilən partlayışın qurbanlarıdır. Başdaşındakı yazı da ürək parçalayır. Belə ki, 4 yaşlı oğlunun meyitini görən gənc ananın ürəyi elə oradaca partlayıb. İndi onlar bu məzarlıqda yan-yana uyuyurlar.

Qeyd edək ki, Vadiə-Hüseyn məzarlığında terror qurbanı olan təqribən 300 şiə dəfn edilib.

Xəbəri paylaş

VİDEOLAR