Pakistanda terrorçular üç polisi öldürüb

Pakistanda terrorçular üç polisi öldürüb

Pakistanın Hayber Paxtunxva əyalətində terrorçuların hücumu nəticəsində üç polis əməkdaşı qətlə yetirilib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə polisin məlumatında bildirilib.

Məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR