Pakistanda terrorçular Quran dərsinə hücum etdi

Pakistanda terrorçular Quran dərsinə hücum etdi

Pakistanın Pişəvər şəhərində partlayış törədilib.

Rasthaber “The Dawn”-a istinadən xəbər verir ki, Pakistanın Pişəvər şəhərində partlayış törədilib.

Terror aktı nəticəsində azı 7 nəfər həlak olub, 70 nəfər isə yaralanıb – onların əksəriyyəti tələbələrdir.

Bütün xəsarət alanlara tibbi yardım göstərilib.

Yerli hüquq-mühafizə orqanları da seminardakı partlayış faktını təsdiq edib.

İlkin ehtimala əsasən, təhsil müəssisəsi binasında kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.

Pakistanın yüksək vəzifəli polis əməkdaşı Vakar Əzim bildirib ki, partlayış Qurani-Kərim dərsləri zamanı baş verib.

Onun sözlərinə görə, içərisində bomba olan sumka mühazirə zalına öncədən gətirilib. Terrorçu isə partlayış qabaq məkanı tərk edib.

Xəbəri paylaş

VİDEOLAR