Pakistanda polis maşınına silahlı hücum edilib

Pakistanda polis maşınına silahlı hücum edilib

Pakistanın Xeybər Paxtunxva əyalətində patrul polisi maşınına silahlı hücum nəticəsində 6 polis əməkdaşı həlak olub.

Az.rasthaber.com xəbər verir ki, milli medianın məlumatına görə, motosikletli silahlılar Dadivala rayonunda patrul polisi maşınına silahlı hücum ediblər.

Hücum nəticəsində 6 polis həlak olub.

Təhlükəsizlik qüvvələri hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR