Pakistanda mebel bazarında yanğın: 5 ölü

Pakistanda mebel bazarında yanğın: 5 ölü

Pakistanın Kəraçi şəhərində ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mebel bazarında baş verən yanğında 5 nəfər həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın Sind əyalətinin Kəraçi şəhərindəki Arşi Ticarət Mərkəzində yerləşən mebel bazarı ötən gün alovlara təslim olub. 250 dükan olan bazarın birinci mərtəbəsində yerləşən mağazalardan birində qaynaq işləri aparan zaman baş verən yanğında 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

İHA-nın məlumatına görə, səlahiyyətlilər, içərisində mebel, döşək və neft məhsulları olan mağazada baş verən sürətlə böyüyən yanğın səbəbindən binanın hər an çökə biləcəyini bildirərkən, yanğınsöndürmə briqadası hadisə yerinə gələrək ticarət mərkəzini və ətrafdakıları təxliyə edib. Yanğının baş verməsi ilə bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş

VİDEOLAR