Pakistanda İslamçılardan Həyat Sirki filminə etiraz

Pakistanda İslamçılardan Həyat Sirki filminə etiraz

Onlar bunun partiyanın imicini ləkələmək cəhdi olduğunu deyir.

Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, Pakistan hökuməti bazar ertəsi yüksək səviyyəli din xadimlərinin film haqdakı fikirlərini bildirmələrindən sonra əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət ölkədə sərt xətt tərəfdarı islamçıları təhqir edən filmə qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərarını təxirə salıb.
İslamçılar Pakistan rejissoru Sarmad Xosatın yanvar ayının sonlarında ekrana çıxarılmlı olan "Zindagi Tamaşa" və ya "Həyat Sirki" filmi ilə bağlı küfr iddiaları irəli sürüb. Filmin tamaşası Tehrək-i-Ləbbayk partiyası və onun tərəfdarlarının etirazlarından sonra Pəncab əyalət hökumətinin məlumat idarəsi tərəfindən təxirə salınıb.

Onların iddiaları Pakistanın İslamı təhqir etmək ittihamı ilə avtomatik ölüm hökmünün nəzərdə tutulduğu mübahisəli küfr qanununa bir daha diqqət çəkdi. Bu qanundan "haqq-hesab çəkmək" və dini azlıqları qorxutmaq üçün istifadə edildiyinə dair şikayətlər var.

Partiya tərəfdarları filmin küfr məzmunlu olduğunu və dindarlara qarşı nifrət hissi oyada biləcəyini iddia edib. Partiyanın lideri Xadim Rizvi filmin ilk dəfə yanvarın 24-də yerli kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılan gün genişmiqyaslı etirazlar keçiriləcəyi ilə hədələyib.

Pəncab hökümətinin sözçüsü Raja Cahangir Ənvər hökumətin xüsusi komitəsinin qadağanı araşdırmaq üçün bazar ertəsi planlaşdırılan yığıncağının təxirə salındığını bildirdi. Araşdırılma üçün film hökumət və qanunverici orqana tövsiyələr verən konstitusiya orqanı olan İslam İdeologiyası Şurasına göndərildi.

Filmin rejissoru Xosat filmə qarşı irəli sürülən iddiaları rədd edib. Rəsmilər rejissorun Film Senzuraları Mərkəzi Şurasının rəsmiləri və Təhrek-i-Ləbbaikin nümayəndəsinin də daxil edildiyi xüsusi hökumət komitəsinin qarşısına çıxmasını və filmlə bağlı sualları cavablandırmasını istəyib.

Filmin süjeti toyda bir qadının rəqs etdiyini izləyən dindar bir müsəlman iş adamı Məhəmməd Rahat Xəvəcə yönəlib. Bu video internetdə yayımlandıqdan sonra bu iş adamının həyatı alt-üst olur. Getdiyi yerlərdə radikal islamçıların təhqirləri ilə üzləşən ailəsi ondan utanır.

Təhrik-i-Ləbbaik eləcə də filmdə küfr qanunlarını müdafiə etmək üçün partiya mitinqlərində istifadə olunan məşhur şüarın səsləndirilməsinə görə qəzəblidır. Onlar bunun partiyanın imicini ləkələmək cəhdi olduğunu deyir.

Vətənində nümayiş etdirilməzdən əvvəl “Zindagi Tamaşa” filmi Cənubi Koreyada keçirilən Busan Beynəlxaql kino-festivalında Kim Çji Cok mükafatına layıq görülüb.

Xəbəri paylaş

VİDEOLAR