Pakistanda İŞİD terrorçuları 11 şiənin başını kəsdi - FOTO

Pakistanda İŞİD terrorçuları 11 şiənin başını kəsdi - FOTO

Bundan əvvəl mədəndə törədilən cinayətin qurbanları da şiələr olublar

Rasthaber Azərbaycan xəbər verir ki, İŞİD və Ləşkər Cengvi təkfirçi terrorçu qruplaşma üzvləri ötən gün qaçırılan Pakistanda 11 həzara şiəsini qətlə yetirdiyini açıqlayıb.
 Məlumata görə, Qərbi Pakistanda törədilən cinayətdə şiə müsəlmanların başları kəsilib.
Bundan əvvəl Bəlucistanda Kəttadan 48 km aralı bir mədəndə də oxşar terror törədilmişdi.
Belə ki, 11 mədən işçisi avtomat silahlardan hücuma məruz qalaraq qətlə yetirilmişdilər. Bu mədən işçiləri də həzara şiələri olduğu bildirilib.
Pakistan baş naziri İmran Xan bununla bağlı tvitində bu hərəkəti "qorxaq və insanlığa zidd" adlandıraraq qurbanların ailələrini dəstəklədiyini və cinayətkarların həbs olunması üçün güc strukturlarına təlimat verdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR