Pakistanda güclü sel: 57 nəfər vəfat edib

Pakistanda güclü sel: 57 nəfər vəfat edib

Sindx və Bəlucistandan çox sayda evə ziyan dəyib.

Rasthaber Azərbaycan xəbər verir ki, Pakistanda baş verən daşqın nəticəsində azı 57 nəfər həyatını itirib.

Pakistan Fövqəladə Vəziyyətlərin İdarəsi üzrə Milli Agentliyinin məlumatına görə, artıq 3 gündür ki, musson yağışları dayanmır.

Xeybər-Paxtunva əyalətində 19, Sindxdə 12, Pəncabda 9 və Gilgit-Baltistanda 10 nəfər dünyasını dəyişib.

Yerli KİV-lərin məlumatı görə, Bəlucistanda isə təbii fəlakət 8 nəfərin ölümünə səbəb olub.

Sindx və Bəlucistandan çox sayda evə ziyan dəyib.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, yağışlar gələn həftə də davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR