Pakistan Demokratik Hərəkatında (PDM) toplaşan 10 müxalifət partiyası İslamabadda Seçki Komissiyasının Baş qərargahı qarşısında aksiya keçirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Pakistanın müxalifət partiyaları ölkənin baş naziri İmran xanın lideri olduğu Pakistan Ədalət Hərəkatına (PTI) qarşı aparılan araşdırmaların 6 ildir uzadılmasına etiraz ediblər.
Pakistan Müsəlman Birliyinin (PML) sədr müavini Məryam Navaz deyib ki, Seçki Komissiyasının nəzarəti altında xaricdən maaliyyələşmə məsələsinə 6 ildir baxılır və bu müddətin daha da uzadılması yolverilməzdir.
“Xaricdən maaliyyələşmə məsələsi Pakistanda ən ciddi qalmaqaldır. Xan partiya fondları bəhanəsi ilə milyonlar toplayıb”, – Navaz bildirib.
O həmçinin qeyd edib ki, Xan yardım fondlarının vəsaitlərini şəxsi ehtiyaclarına xərcləyib.