Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobili hədəf alan bombalı hücumda 2-si polis işçisi olmaqla 4 nəfər həyatını itirib, 15-i yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Milli medianın məlumatına görə, Kuetta şəhərinin işlək küçələrindən birində polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib.
Partlayışda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Baş nazir Şahbaz Şərif tvitter səhifəsində hücumu pisləyib.