"Pakistan İsrailin Qəzzada davam edən hücumlarına görə narahatdır"

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Beluç bildirib ki, İslamabad İsrailin Qəzzada davam edən hücumlarına görə narahatdır.

Az.rasthaber.com xəbər verir ki, Paytaxt İslamabaddakı Xarici İşlər Nazirliyinin binasında keçirilən həftəlik mətbuat konfransında açıqlama verən Beluç İsrail rəsmilərinin müstəqil Fələstin dövlətini rədd edən açıqlamalarına toxunaraq deyib: ''İsrail bu bəyanatlarla əsl niyyətlərini nümayiş etdirir''.
Beluç Pakistanın İsrailin Qəzzada davam edən hücumlarına görə  narahat olduğunu dilə gətirib və İsrailin Fələstin xalqına qarşı kampaniyasına son qoymaq üçün beynəlxalq səyləri dəstəkləməyə davam edəcəklərini bildirib.
Pakistanın terror təşkilatları siyahısında olan Pakistan Talibanının (TTP) müasir mürəkkəb silahlara sahib olması və istifadə etməsinə görə narahat olduğunu vurğulayan Beluç deyib:  “TTP-nin yaratdığı təhlükəyə görə beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir və bu təhlükəni zərərsizləşdirmək üçün birgə strategiyalar hazırlanmalıdır''.
Beluç Əfqanıstan hakimiyyətinin terror qruplaşmalarına, xüsusilə TTP-yə qarşı lazımi addımlar atmasını gözlədiklərini vurğulayıb.
Rəsmi İslamabadın Hindistan kəşfiyyat orqanlarının Pakistan daxilində terror ünsürlərini və terror fəaliyyətini dəstəkləməsi və maliyyələşdirməsinə görə də narahat olduğunu bildirən Beluç Yeni Dehli administrasiyası tərəfindən dəstəklənən və maliyyələşdirilən terror ünsürləri  ilə bağlı bir sıra konkret dəliləri tezliklə ictimaiyyətlə paylaşacaqlarını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR