Pakistan dünya ictimaiyyətini Hindistanın nəzarətində olan hissəsindəki “etnik təmizləməni” dayandırmağa səsləyib.
Rasthaber Azərbaycan xəbər verir ki, Pakistan dünya ictimaiyyətini Cammu və Kəşmir regionunun Hindistanın nəzarətində olan hissəsindəki “etnik təmizləməni” dayandırmağa səsləyib.
Bu cür çağırışla Pakistanın dövlətlər və sərhədyanı regionlar naziri, parlamentin Kəşmirin işi üzrə komitəsinin başçısı Şəhriyar Afridi çıxış edib.
O deyib ki, Hindistan təhlükəsizlik qüvvələri planlı şəkildə azlıqları, sistematik şəkildə müsəlmanları, həmçinin xristianları və ən aşağı kastadan olan “dalitləri” öldürür.
Şəhriyar Afridi, Hindistan hökumətini “azlıqlara və xüsusilə də müsəlmanlara qarşı terrorda” ittiham edib.
Afridi Hindistan hökumətini tez bir zamanda azlıqlara və xüsusən də Kəşmirdəki müsəlmanlara qarşı sərt rəftara son qoymağa səsləyib.
Onun sözlərinə görə, nə qədər ki, gec deyil, dünya ictimaiyyəti vəziyyətə müdaxilə etməlidir.
O xəbərdarlıq edib ki, “əgər sistematik qırğın və etnik təmizləməni dayandırmaq mümkün olmasa, Cammu və Kəşmir nüvə müharibəsi meydanına çevriləcək” və belə bir müharibə regionda hüdudları ilə məhdudlaşmayacaq.
Pakistanın nəzarətindəki Azad-Kəşmir muxtar regionunun başçısı Sərdar Məsut Xan deyib ki, Hindistan hökuməti regionun etnik xəritəsini dəyişmək məqsədi ilə Cammu və Kəşmirə çox sayda hindli köçürüb.