14.12.2019 09:26:53
Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Pakistan mediası Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
İngiliscə Pakistan Today qəzetinin internet saytı, Pakistan baş naziri İmran Xanın səfərinin əsas məqsədinin Səudiyyə və İran İslam Respublikası arasında vasitəçiliyin bir parçası olduğunu qeyd edib.
Pakistan xarici işlər naziri Şah Mahmud Qüreyş, Pakistanın Təhlükəsizlik rəhbərilə birlikdə, İmran Xanın səfərindən əvvəl çərşənbə günü Səudiyyə Ərəbistanına getmişdilər.
Pakistan Today qəzeti, Pakistanın hərbi və dövlət rəsmilərinin Səudiyyə Ərəbistanı və İrana etdikləri səfərlərin İslamabadın həyata keçirdiyi diplomatik manevrlərin bir nəticəsi olaraq "bəzi müsbət irəliləyiş"lərin olduğunu yazıb.