Pakistan baş naziri Ayətullah Xamenei və Ərdoğana təşəkkür edib

Pakistan baş naziri Ayətullah Xamenei və Ərdoğana təşəkkür edib

Pakistanın baş naziri İranın İslam İnqilabının Ali lideri Ayətullah Xameneiyə və Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğana təşəkkür edib

Rasthaber Azərbaycan Salamnews-a istinadən xəbər verir ki, bu barədə Pakistan baş naziri İmran Xanın ofisinin rəsmi twitter səhifəsində məlumat yerləşdirilib.

İmran Xan bu paylaşımda Hindistandakı müsəlmanların vəziyyətinə görə mövqe sərgilədiklərinə görə Ayətullah Xameneiyə və Rəcəb Təyyib Ərdoğana təşəkkür edib.

"Mən İranın ali rəhbəri Xamenei cənablarına və Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğana, Hindistan dövlətinin müsəlmanlara qarşı irqçi siyasəti və Kəşmiri işğal etmələri qarşısında çağırış etmələrinə görə, təşəkkür edirəm. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı islam dünyasında yalnız bir neçə səda eşidildi", deyə İmran Xan İran və Türkiyəyə təşəkkür edib.

Xəbəri paylaş

VİDEOLAR