Məscidə gələnlər maska və antiseptikdən istifadə etməklə yanaşı, sosial məsafəyə riayət ediblər
Rasthaber xəbər verir ki, 17 avqustda Özbəkistanda karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra ilk dəfə məsciddə camaat namazı qılınıb.
Özbəkistan Müsəlmanlar İdarəsindən bildiriblər ki, bütün müsəlmanlar sanitar-gigiyenik qaydalara tam məsuliyyətlə əməl ediblər: məscidə gələnlər maska və antiseptikdən istifadə ediblər, sosial məsafəyə riayət ediblər.
Bundan başqa, ölkədəki məscidlərin girişlərində xüsusi dezinfesiyaedici “dəhlizlər” quraşdırılıb.