Özbəkistanda din dərsinin formatı dəyişdirildi

Özbəkistanda din dərsinin formatı dəyişdirildi

10 və 11-ci sinif şagirdləri üçün isə bu qayda növbəti ildən qüvvəyə minəcək.

Rasthaber Azərbaycan xəbər verir ki, Özbəkistan məktəblərində din dərsi daha ayrı tədris fənni olmayacaq. Bu dərsi digər iki dərslə – vətənpərvərlik və əxlaqla birləşdirmək qərarı qəbul edilib.

Yenilik artıq bu təhsil ilindən qüvvəyə minir. Məktəblilər yeni fənni bütün təhsil illəri ərzində öyrənəcəklər.

Üstəlik, 10 və 11-ci sinif şagirdləri üçün isə bu qayda növbəti ildən qüvvəyə minəcək.

Maraqlıdır ki, “Tərbiyə” dərsində uşaqlar təkcə İslamla yox, həmçinin bütün dünya dinləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Özbəkistan əhalisinin mütləq əksəriyyəti müsəlmandır.

Xəbəri paylaş

VİDEOLAR