Qəzza məsələsində İslam ümməti öz vəzifəsini yerinə yetirə bilməmişdir
Əslində, ortada “İslam ümməti” adlandırıla biləcək bir birliyin özü qalmayıb; sadəcə “İslam” qalır, ümmət isə itib-batıb.
-
Qəzza işğal edildi, qarşısında durulmadı...
-
Qəzzada qətliam törədildi, səs çıxmadı...
-
Qəzza dirənişində liderlər şəhid edildi, yenə səs çıxmadı...
-
İndi Qəzza aclıqdan can verir, hələ də səs çıxmır...
-
Nəticə etibarilə, çox yaxın zamanda Qəzza xalqı doğma yurdlarından köçməyə məcbur ediləcək...
Bəs bu səssizliyin, bu laqeydliyin səbəbi nədir, bilirsinizmi?
İki əsas səbəbi var:
Birincisi, İslam ölkələrinin başında duran rəhbərlər öz siyasətlərinin düzgün olduğuna inanır və başqalarını günahlandırırlar. “Sionistlər dayandırılmalıdır, cəzalandırılmalıdır” — bu sözlərlə deyil, əməli tədbirlərlə olmalıdır.
“Sionist qatil rejimə qarşı ABŞ mane olmalıdır, Avropa belə etməlidir, İslam ölkələri isə filan işi görməlidir” kimi şüarlar səsləndirmək — məsuliyyətdən qaçmaq və onu başqasının üzərinə atmaq deməkdir.
Bu boş və mənasız sözlər, sadəcə xalqı sakitləşdirmək üçündür.
İkinci əsas problem — İslam torpaqlarında hökmranlıq edən...