Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Rasthaber Azərbaycan xəbər verir ki, 2019-cu ildə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 119 milyon manat cərimə tətbiq edilib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2019-cu ildə 119 milyon manat cərimə tətbiq edilib (2018-ci ildə 85,6 milyon manat, yəni 39% çox - İF). Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 3 milyon 999,1 min inzibati xəta (2018-ci ilin göstəricisi ilə müqayisədə artm 17,3%) aşkarlanıb”, - DSK-dən qeyd ediblər.
Xətaların 39,9%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,3%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 22,1%-i dayanma və ya durma qaydalarının pozulması, 9,3%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,5%-i icbari sığorta haqqınsa müqavilənin imzalanmaması, 3,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
2019-cu ildə yol-nəqliyyat hadisələrinin sayı 2,9% - 1,87 minədək, zərərçəkənlərin sayı isə 3,7% - 2,523 min nəfərədək artıb.
“Ümumilikdə, yol qəzalarında 1,702 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 821 nəfər isə ölüb. Yol qəzalarında həlak olanların 77,6%-i və xəsarət alanların 72,9%-i kişilərdir”, - Komitədən qeyd olunub.
Yol-nəqliyyat hadisələrinin 87,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində 564 nəfər həlak olub, 1,631 min nəfər xəsarət alıb. 2018-ci ilin göstəricisi ilə müqayisədə həlak olanların sayı 1,4%, yaralananların sayı isə 0,2% artıb.
Bütün yol-nəqliyyat hadisələrinin 43,6%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bundan başqa, hadisələrin 44,9%-i gündüz, 35,5%-i gecə baş verib, 29,5%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.