22.02.2023 10:22:15
Ötən gün Türkiyənin Hatay şəhərində baş verən zəlzələdə 6 nəfər ölüb, 562 nəfər yaralanıb.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, fevralın 20-də Hatayda 6,4 maqnitudalı zəlzələ olub.