Rusiya təyyarələri və helikopterləri ötən gecə ərzində Ukraynada 51 hərbi obyekti sıradan çıxarıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Gecə saatlarında operativ-taktiki və ordu aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub. Məhv edilən obyektlər arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, iki Buk M-1 zenit-raket kompleksi və Dnepropetrovsk vilayətində bir S-300 işıqlandırma və istiqamətləndirici radar, üç D-30 artilleriya qurğusu, iki raket və artilleriya silahı və sursat anbarı, habelə hərbi texnikanın cəmləşdiyi 26 yer var", - deyə Rusiya MN sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 261 pilotsuz uçuş aparatı, 204 zenit-raket kompleksi, 1587 tank və digər zirehli döyüş texnikası, 163 reaktiv yaylım atəşi sistemi, 636 səhra artilleriya qurğusu və minaatan, 1397 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
"RF Silahlı Qüvvələrinin qoşun qruplaşması gecə daha 4 km irəliləyərək Batmanka, Mixaylovka, Krasnıy Partizan, Stavki və Troitskoye Konaşenkov yaşayış məntəqələrini nəzarətə götürüb."- o, bildirib.