Oqtay Gülalıyevin səhhətində müsbət dinamika davam edir
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika davam edir.
"Artıq qızdırması olmur, infeksiyanın, böyrəklərdə kreatinin səviyyəsi getdikcə azalır", deyə cümə günü fəalın həyat yoldaşı Firuzə Gülalıyeva Turan-a bildirib.
Onun sözlərinə görə, Oqtayın böyrək funksiyaları bərpa olunub və həkimlər onun komadan çıxması ehtimalının artdığını deyirlər.
Müalicənin maliyyələşdirilməsinin davam etdirilməsinə gəlincə, Heydər Əliyev Fondu həkimlərin təqdimatı əsasında qərar qəbul edəcək, deyə Gülalıyeva bildirib.